Şəki Dövlət Dram Teatrında "İnəkgül və Şimşəkgülün yeni il macərası" adlı nağıl-tamaşanın nümayişinə başlanılıb.
Məqsəd Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Nağıl-tamaşada uşaqların sevimli personajı İnəkgülün oğurlanması, onun at Şimşəkgül ilə səhv salınması və dostları sayəsində bayram şənliyinə geri qaytarılmasından bəhs edilir.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə, Yaqub Lətifzadə ifa edirlər.
Tamaşanın seansları yanvarın 5-dək davam edəcək.