Argentina millisinin hücumçusu Lionel Messi milli komandanın tarixində ən yaşlı qol vuran oyunçu olub.
Messi İslandiya ilə yoldaşlıq oyununda (3-0) qol vurduqdan sonra bu rekordu qırıb.
“İnter Mayami”nin hücumçusu əvəzetmədən meydana daxil olduqdan sonra penaltidən fərqlənib.
Messi qol vuranda 38 yaş 350 günlük olub. O, 1957-ci ildən bəri bu rekordu qoruyan Angel Labrunanın rekordunu keçib. O, 38 yaş 282 günlüyündə “Marakana”da Braziliyaya qarşı (2-1) oyunda qol vurmuşdu.
Argentina yığması qarşıdan gələn Dünya Kubokunun qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.