Gündəm Dün, 18:20

Gəncədə kütləvi dava - Xəsarət alanlar var



Gəncədə kütləvi dava zamanı xəsarət alan şəxslərin kimliyi bilinib.

Dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990), Sakit Nəzərov (1991) xəsarət alıblar.

Onlar Gəncədə yerləşən xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata görə, həmin şəxslərin qohumluq əlaqələri var.

***

Gəncədə kütləvi dava baş verib.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Əsasən Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verən dava zamanı 5 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti