Mədəniyyət 27-01-2026, 07:27

Qoruq əməkdaşları müəllim və şagirdlərlə görüş keçiriblər

Qoruq əməkdaşları müəllim və şagirdlərlə görüş keçiriblər
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları təsdiq olunmuş İş planına uyğun olaraq tarixi abidələrimizin təbliği məqsədilə Şabran şəhər 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirmişlər.

Planetinfo.az xəbər verir ki, görüş zamanı qoruq əməkdaşları şagirdlərə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan yeddi tarixi abidə haqqında geniş məlumat veriblər. Onlar abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri, qədim yaşayış məskənləri barədə maraqlı faktları diqqətə çatdırıblar.

Görüşün əsas məqsədi ulu yaddaşımızı yaşadan tarixi abidələrin unudulmaması, onların qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır. Şagirdlərə Azərbaycanın qədim tarixini əks etdirən mədəni irs nümunələri barədə məlumatlandırıcı çıxışlar təqdim olunub, suallar cavablandırılıb.

Görüş məktəblilərdə milli irsə marağı artırmaq və onları mədəniyyətimizin qorunmasına həvəsləndirmək baxımından əhəmiyyətli olub.


Nəsimi

Xəbər lenti