Mədəniyyət 14-11-2025, 07:50

Mərkəzi Asiya və Azərbaycan Kino Günləri başladı




Özbəkistan Milli Kinematoqrafiya Sarayında Mərkəzi Asiya və Azərbaycan Kino Günlərinə start verilib.

Planetinfo.az Özbəkistanın uze.uz portalına istinadən bildirir ki, tədbir xarici nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

Açılış mərasimində Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Respublikası Kinematoqrafiya Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dövlət Dəstək Mərkəzinin İdarə Heyətinin sədr müavini Adilet Ömərov, Orta Asiya ölkələrindən gələn qonaqlar və media işçiləri iştirak ediblər.

Tədbirdə türk ölkələrindən olan rejissorlar arasında yaradıcı əlaqələrin getdikcə daha da möhkəmləndiyi və yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib. Qeyd edilib ki, müxtəlif beynəlxalq film festivalları, yaradıcı müsabiqələr və birgə film çəkilişi prosesləri bu əməkdaşlığı getdikcə daha da gücləndirir.

Mərkəzi Asiya Dövlətləri və Azərbaycan Kino Günləri mədəni əlaqələrin gücləndirilməsi, xalqların incəsənət vasitəsilə bir-birinə yaxınlaşması və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

Süleyman

Xəbər lenti