Mədəniyyət
19-11-2025, 10:46
"Tağıyev: Neft” filmi Hollivudda
ABŞ-nin Bakıdakı Səfirliyi “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlını təbrik edib. Film yaxınlarda Hollivuddakı Motion Picture Arts and Sciences Akademiyası (AMPAS) tərəfindən keçirilən 2026-cı il Oskar mükafatlandırma mərasimində Azərbaycanı təmsil etmək üçün seçilib.
İndi film “Ən Yaxşı Xarici Bədii Film” kateqoriyasında nominasiya uğrunda dünya üzrə 80-dən çox film ilə yarışacaq. Finalçılar 16 dekabrda Los-Ancelesdə elan olunacaq və biz “Tağıyev”ə uğurlar arzulayırıq.
Səfirlikdən Bildirilib ki, Birləşmiş Ştatlar dünyanın ən böyük kino sənayesinə ev sahibliyi etməkdən qürur duyur; Hollivudun blockbuster filmləri dünya üzrə milyonlarla tamaşaçı tərəfindən izlənilir. 98-ci Akademiya Mükafatları 15 mart 2026-cı ildə keçiriləcək.
Nəsimi