Mədəniyyət Bugün, 18:00

Emin Ağalarov: Hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm


Ötən ilin sentyabr ayında “Sea Breeze”də l Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirildi. Biz forumu hər il təşkil etməyi planlaşdırırıq.

Planetinfo.az xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

“Bu baxımdan Azərbaycan-Rusiya İşgüzar Şurası adından "Sea Breeze"də hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm. Əminik ki, bu, ticarət əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Belə bir platforma sahibkarlar arasında dialoqun inkişafı və ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün faydalı olacaq”, – deyə E. Ağalarov qeyd edib.

Xəbər lenti