Region 29-11-2025, 16:30

1375-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1375-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1375-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 99 460 PUA-sı, 638 zenit-raket kompleksi, 26 316 tank və digər zirehli texnikası, 1 621 reaktiv yaylım atəş sistemi, 31 626 artilleriya və minaatanı, 47 949 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Xəbər lenti