Region 6-11-2025, 13:14

Ermənistan cəmiyyəti ideoloji baxımdan iki düşərgəyə parçalanır

Ermənistan cəmiyyəti ideoloji baxımdan iki düşərgəyə parçalanır
"Errmənistanda hökumət və kilsə arasında son aylarda müşahidə olunan qarşıdurma ölkənin siyasi sabitliyinə ciddi təsir göstərə biləcək yeni mərhələyə qədəm qoyub deyə bilərik. Baş nazir Nikol Paşinyanın hökuməti ilə Apostol Kilsəsi arasındakı gərginlik artıq təkcə dini və ideoloji çərçivə deyil, həm də geopolitik müstəviyə keçməkdədir".

Bu fikirləri Planetinfo.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Paşinyan rəhbərliyi kilsəni Rusiyanın təsir dairəsinin əsas dayaqlarından biri kimi görür:

"Kilsə rəhbərliyi üçün isə Paşinyan hökuməti milli-mənəvi dəyərləri satan bir hakimiyyətdir. Bu qarşıdurmanın dərinliyində sözsüz ki, Qərb yönümlü siyasətlə Rusiya yönümlü ənənəvi ideologiyanın toqquşması və Paşinyanın öz hakimiyyətini qoruyub saxlamaq istəyi dayanır".

Politoloq qeyd edib ki, Rusiyanın bu prosesdə kilsəyə açıq şəkildə dəstək verməsinin arxasında dayanan səbəblər məlumdur:

"Birincisi, Qərbə inteqrasiya xəttini gücləndirən Paşinyan hökumətini zəiflətmək və onu təzyiq altında saxlamaq, ikincisi isə Ermənistan daxilində alternativ müxalif güc mərkəzi formalaşdırmaq. Bu məqsəd üçün Rusiya özünün informasiya resursları və ideoloji alətləri vasitəsilə kilsənin mövqeyini ictimai rəy səviyyəsində gücləndirməyə çalışır. Yəni, Başqa sözlə desək Ermənistan daxilindəki kilsə-hökumət qarşıdurması təkcə daxili məsələ deyil, həm də regionun geopolitik xəritəsində Rusiyanın təsir imkanlarının bərpası üçün mühüm alətə çevrilə bilər.
Belə vəziyyət isə Ermənistan cəmiyyətini faktiki olaraq ideoloji baxımdan iki düşərgəyə parçalayır. Düzdür hazırki mərhələdə Paşinyanın mövqeləri güclüdür və hakimiyyət prossesləri nəzarət altında saxlaya bilir. Qərb dövlətləri və beynəlxalq təşkilatların dəstəyi hakimiyyətə manevr imkanları verir və onlar da bundan maksimum şəkildə istifadə edirlər*.

Yusif Bağırzadə hesab edir ki, əgər Paşinyan seçkilərə qədər kilsənin siyasi prosseslərə təsir imkanlarını minimallaşdıra biləcəksə o zaman daxili gərginlik də səngiyəcək.

Süleyman

Xəbər lenti