Region 12-11-2025, 12:15

"İsrail parlamenti yəqin ki, yaxın günlərdə hökumətin qalıb-qalmamasına qərar verəcək”

"İsrail parlamenti yəqin ki, yaxın günlərdə hökumətin qalıb-qalmamasına qərar verəcək”
Artıq davamlı olaraq İsrail mətbuatında Netanyahunun rəhbərlik etdiyi müharibə kabinetinin dağılma ehtimalı ilə bağlı məlumtlar dərc edilir. Media bu iddianın rellaşması ilə bağlı konkret səbəblərin olduğu, lakin baş nazirin həmin səbəblərin aradan qaldırılması üçün hər hansı addım atmadığını iddia edir. Mövcud vəziyyətdə İsaril hökuməti müharibəni davam etdirmək iqtidarında olacaqmı? Əgər hökumət kabineti dağılacaqsa o, zaman Netanyahunun siyasi aqibəti necə olacaq?

Bu sullarla politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Netanyahunun rəhbərlik etdiyi kabinet sadəcə HƏMAS-a qarşı mübarizədə formalaşmış siyasi koalisiyadır. Bu koalisiya siyasi müstəvidə heç də eyni prisiplərin bölüşdürülməsi anlamına gəlmir. Zaman-zaman koalisiya daxilində ciddi fikir aqyrılıqları olur. Strateji məsələlr nazirinin istefa qərarı isə koalisiya daxilində ilk hadisə deyil. Qəzzada ciddi nəticə əldə edə bilməyən Netanyahu İsrail xalqı arasında nüfuzunu itirməkdədir. Onun 5 partiyanın iştirakı ilə qurduğu koalisiya hökuməti dağılmaq üzrədir. Koalisiyanın iki partiyası hakimiyyətdəki postlarından imtina edib. Hökuməti dəstəkləyənlərin sayı 50-yə düşdüyü üçün növbəti hökuməti qurmaq və hakimiyyəti davam etdirmək üçün 61 səsə ciddi ehtiyac var. İsrail parlamenti yəqin ki, yaxın günlərdə hökumətin qalıb-qalmamasına qərar verəcək. Hetanyahunun siyasi taleyinə gəldikdə isə bunun kifayət qədər ciddi problem olduğunu Tarmpın Yaxın Şərq səfəri zamanı onun əfv edilməsini ölkə prezidentindən xahiş etdiyi zaman görmək olur.

Nəsimi

Xəbər lenti