Region 19-11-2025, 19:18

Rusiya yaşayış binasını vurdu: 25 ölü, 73 yaral

Rusiya yaşayış binasını vurdu: 25 ölü, 73 yaral
Noyabrın 19-da Rusiya ordusu Ukrayna ərazisinə, xüsusən də ölkənin qərb hissəsinə kütləvi hücum həyata keçirib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Ternopol şəhərində yaşayış binasına düşüb.

“Ternopolla yanaşı, Lvov, Nikolayev və Burştində də partlayış səsləri eşidilib”, - məlumatda qeyd olunub.

***

Ternopolda yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralananların 12-si uşaqdır.

Bunu Ukrayna daxili işlər naziri İqor Klimenko deyib.

Ukrayna mətbuatının yazdığına görə, zərbə X-101 raketi ilə endirilib.

***

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Ternopolda ölənlərin sayı 19-a çatıb.

“66 nəfər yaralanıb. Onlardan 16-sı uşaqdır. 45 nəfər dağıntılar altından sağ çıxarılıb”, - məlumatda qeyd olunub.

***

Ternopolda raket zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. Ölənlərdən 3-ü uşaqdır.

Məlumata görə, 15-i uşaq olmaqla 73 nəfər yaralanıb.

***

Ternopol şəhər Şurası baş verən faciə ilə bağlı noyabrın 19-dan 21-dək matəm elan edib.

Xəbər lenti