Ukrayna hakimiyyəti hesab edir ki, ABŞ prezidenti Donald Trampın təzyiqi Kiyevi Rusiya ilə tezliklə sülh planı imzalamağa məcbur etmək istəyindən irəli gəlir.
Planetinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika rəsmiləri Vladimir Zelenskinin noyabrın 27-dək Rusiya ilə birgə hazırlanmış sazişi imzalamasını gözləyirlər.
Qəzet vurğulayır ki, Trampın təsdiqlədiyi 28 bəndlik sülh planı Kiyevi əhəmiyyətli güzəştlərə çağırır. Rəsmilər həmçinin bildiriblər ki, Ağ Ev Ukraynadakı münaqişəni ilin sonuna qədər dayandırmaq üçün “aqressiv” işləyir.
Nəsimi