Donald Tramp iqtidarının Rusiya–Ukrayna arasındakı müharibənin bitməsi üçün təklif etdiyi 28 bəndlik sülh sazişi mahiyyətinə görə heç bir halda sülh sazişi adlandırıla bilməz. Bu saziş Ukrayna üçün məğlubiyyət, kapitulyasiya və real təslim aktıdır.
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
"Qaranlıq qalan isə Ukraynanın bu müqavilə ilə bağlı gələcək taleyidir. Ümumiyyətlə, həmin sazişdə zəmanətçi rolunda ABŞ çıxış edir. Düşünürəm ki, Ukrayna prezidenti Zelenskinin xalqı bu sözügedən sazişlə bağlı məlumatlandırmaqla, ictimaiyyət qarşısında vəziyyəti açıqlamaqla göstərmək istədiyi odur ki, artıq Ukraynaya qarşı duran əsas təhlükə Rusiyadan da daha çox ABŞ-dır: "Qənaətim budur ki, Ukrayna xalqı mental səviyyədə bu məğlubiyyəti qəbul etməyəcək. Müqavilənin şərtləri Ukrayna üçün nəinki məğlubiyyətin rəsmiləşdirilməsidir, həm də Ukrayna xalqının aşağılanması, suverenliyinin faktiki əlindən alınması və taleyinin başqalarının ixtiyarına verilməsi kimi qiymətləndirilir. Bunu Ukrayna xalqının qəbul edəcəyi mümkün görünmür".
Nəsimi