Region 25-11-2025, 09:56

Türkiyənin əhalisi ilə bağlı yeni rəqəmlər açıqlanıb

Türkiyənin əhalisi ilə bağlı yeni rəqəmlər açıqlanıb
Musavat.com xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı son üç aylıq məlumatlar ölkənin 1 oktyabr tarixinə olan əhali göstəricilərini ortaya qoyub. Rəsmi statistikaya əsasən, Türkiyənin ümumi əhalisi 85 milyon 980 min 654 nəfərə çatıb.

2024-cü ilin sonunda qeydə alınmış 85 milyon 664 min 944 nəfərlik göstərici nəzərə alındıqda, ölkə əhalisi ilin ilk doqquz ayında 315 min 710 nəfər artıb. Təkcə 1 iyul–1 oktyabr dövründə isə artım 155 min 800 nəfər təşkil edib.

Beləliklə, 1 oktyabr tarixinə Türkiyənin yekun əhalisi 85 milyon 980 min 654 nəfər olub.

TÜİK cins bölgüsü ilə bağlı rəqəmləri də açıqlayıb: kişilər ümumi əhalinin 50,02 faizini (43 milyon 3 min 770 nəfər), qadınlar isə 49,98 faizini (42 milyon 976 min 884 nəfər) təşkil edir.


Xəbər lenti