Gürcüstanın iddialı ölkə olaraq qalıb-qalmadığı soruşulduqda, NATO Baş katibi Mark Rutte cavab verib ki, "Avro-Atlantik məkanında NATO üzvlüyü istəyən istənilən ölkə bu istəyi ifadə edə bilər və sonra proses başlayır".
Bu barədə Planetinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir.
"Əlbəttə ki, Gürcüstanda baş verənlərə sadəlövh deyiləm. Biz çox narahatıq. Biz bunu gürcülərə açıq şəkildə çatdırmışıq. Biz onlarla əməkdaşlıq edirik. Düşünürəm ki, bu əməkdaşlıq narahatlıqlarımızı aydın şəkildə ifadə edə biləcəyimiz bir kanalın olması məqsədinə xidmət edir. Gəlin bütün bunlara bir az daha vahid şəkildə baxaq, çünki Gürcüstan bir şeydir, eyni zamanda Prezident Trampın gördüyü işlər sayəsində daha yaxşı vəziyyətdə olan Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini də görürük. Buna görə də, mən Gürcüstana bütün Cənubi Qafqazın daha geniş kontekstində baxardım", - Mark Rutte deyib.
Nəsimi