Region 27-11-2025, 10:11

"Ankaranın vasitəçilik şansı yüksəkdir"

"Ankaranın vasitəçilik şansı yüksəkdir"
Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi simpatiyası və inamı uzun illərdir məlum məsələdir. Tramp Ankara ilə əməkdaşlığı ABŞ-ın maraqlarına uyğun hesab edir və Türkiyənin vasitəçilik missiyasına güvənir.

Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, yeni sülh planının həyata keçirilməsində Ankaranın roluna Tramp administrasiyasının açıq dəstək verməsi ehtimalı yüksəkdir:

"Moskvanın etimadı və Putinin son mesajları
Ərdoğanın Putinlə davamlı təmasları və Kremlin Ankaranın vasitəçilik təşəbbüslərinə səmimi yanaşması Türkiyənin bu prosesdə unikal mövqeyə sahib olduğunu göstərir. Moskva üçün Türkiyə həm etibarlı tərəfdaş, həm də Qərblə dialoqu təmin edə biləcək körpü ölkədir".

Onun sözlərinə görə, Zelenskinin alternativ vasitəçi çatışmazlığı Kiyev üçün də Türkiyə həssas balansı qoruya bilən yeganə tərəfdir. Ukrayna rəhbərliyi Qərbin hərbi dəstəyi ilə yanaşı, Ankaranın Rusiyanı danışıqlara gətirə bilən nadir aktor olduğunu yaxşı anlayır:

"Brüssel son aylarda açıq şəkildə etiraf edir ki, nə Rusiya–Ukrayna müharibəsinin dayandırılması, nə də Avropanın gələcək təhlükəsizlik sisteminin qurulması Türkiyəsiz mümkün deyil.
Türkiyənin NATO üzvü olması, eyni zamanda Rusiya ilə dialoq kanallarını açıq saxlaması onun Avropanın təhlükəsizlik arxitekturasında əvəzolunmaz rolunu daha da gücləndirir.

Birincisi, münaqişənin hazırkı mərhələsində həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan heç bir aktor Türkiyə qədər balanslaşdırılmış mövqe sərgiləmir.
Bu baxımdan, Ankara - Moskvanı danışıqlar masasına gətirə bilən; Kiyevi təhlükəsizlik zəmanətləri ilə əmin edə bilən; Qərbin maraqlarını nəzərə alan; BMT, NATO və Avropa ilə koordinasiyaya açıq olan yeganə vasitəçi ölkədir.

İkincisi, Bu məsələdə Ərdoğanı Tramp administrasiyası üçün ideal tərəfdaş hesab etmək olar.
Çünki Trampın “sürətli razılaşma, yüksək siyasi təzyiq, şəxsi diplomatiya” strategiyası Türkiyənin çevik diplomatiya modeli ilə üst-üstə düşür.
Üçüncüsü, Rusiya-Ukrayna liderlərini bir masaya gətirmə qabiliyyətinə malik yeganə ölkədir.
Əgər tərəflərdan minimal razılıq olsa, Ankara həm Zelenski, həm də Putinlə birbaşa görüş təşkil etmək gücünə malik olan az sayda ölkədən biridir.
Nəticə olaraq deyə bilərik ki, Ankaranın vasitəçilik şansı yüksəkdir, lakin prosesin açarı tərəflərin siyasi iradəsindədir".

Nəsimi

Xəbər lenti