Region 28-11-2025, 15:20

İraq Xəzər regionu ölkələri ilə nəqliyyat əlaqələrini inkişaf etdirməkdə maraqlıdır




İraq Rusiya, eləcə də Xəzər regionu ölkələri ilə nəqliyyat əlaqələrini inkişaf etdirməyə maraq göstərir.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu İraq Nəqliyyat Nazirliyinin Müqavilələr və Lisenziyalaşdırma Departamentinin rəhbəri Sadeq Assi Abaas Əl-Zamilim deyib.O bildirib ki, İraq region ölkələri ilə nəqliyyat infrastrukturunun inkişafı üçün layihələrin birgə həyata keçirilməsinə hazırdır.

"Biz, beynəlxalq əməkdaşlıqda maraqlıyıq. Dəmir yolu, liman, quru və hava nəqliyyatı sahəsində gələcəkdə Rusiya və Xəzər regionu ölkələri ilə perspektivli nəqliyyat mərkəzləri qurmaq istəyirik. Rusiya ilə İraq arasındakı ticarət marşrutunda xərcləri necə azalda biləcəyimizi öyrənmək istəyirik", - deyə o bildirib.

Nazirlik nümayəndəsi qeyd edib ki, İraq uzunmüddətli əməkdaşlıqda maraqlıdır və qarşılıqlı maraqlar naminə işləyə biləcəyi tərəfdaşlar tapmaq istəyir.

Anar

Xəbər lenti