Region 29-11-2025, 07:54

Tramp Ukraynaya gözlənilməz zərbə endirdi - Brantner

Tramp Ukraynaya gözlənilməz zərbə endirdi - Brantner
Almaniyanın Yaşıllar Partiyasının lideri Franziska Brantner ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı siyasətini kəskin tənqid edib.

Axar.az-ın məlumatına görə, partiya lideri bildirib ki, Kiyevə səfəri zamanı oradakı insanların təslim olmayacağına şəxsən şahid olub.

"Bəs Tramp nə edir? O, ukraynalılara arxadan zərbə endirir. Ukrayna yanarkən, Vaşinqtondakı bu Neron Vladimir ilə Tramp-Putin müqaviləsi bağlayır", - deyə o bildirib.

Brantner ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq planını "təslimiyyət müqaviləsi" adlandırıb və nasist dövrü ilə tarixi paralel apararaq qeyd edib:

"Bu, xəyanətdir, bu, Münhen 2-dir”.

Xəbər lenti