Siyasət 17-12-2025, 15:15

Hüquqi dövlət quruculuğunun yeni mərhələsi



“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun yeni mərhələsini ifadə edir.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Çingiz İbrahim deyib. O bildirib ki, bu addım bir tərəfdən Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmətin göstəricisidirsə, digər tərəfdən dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir:

“Prezident İlham Əliyev bu qərarla dövlətin gücünü cəza mexanizmlərində deyil, ədalətli və humanist yanaşmada gördüyünü nümayiş etdirir”.

O bildirib ki, amnistiya təşəbbüsü cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişləndirilməsi baxımından mühüm sosial əhəmiyyət daşıyır:

“Bu, hüquqi məsuliyyətlə yanaşı, islah və tərbiyəedici məqsədlərin də prioritet olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət sosial sabitliyin və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verir”.

Anar

Xəbər lenti