"Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirir. Bu gün Azərbaycandan neft çənlərindən ibarət yüklü qatar Gürcüstandan ərazisindən Ermənistana daxil olur. Azərbaycan və Ermənistan arasında "Yekun sülh" müqaviləsi olmadan neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir".
Planetinfo.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Rusiyadan neft məhsullarını almağı azaldır:
"Bununla da Rusiyanın seçkilərdə təyiqlərini neytrallaşdırmış olacaq. Həmçinin Ermənistanda keçiriləcək seçkilərdə N. Paşinyanın əlini gücləndirir. Azərbaycanın Ermənistana neft məhsullarını göndərməsi, Moskva və Tehranda "yanğına" səbəb olacaq. Neft məhsullarının ixracının Ermənistana həyata keçirilməsi İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır".
Politoloq deyib ki, Ermənistanı Azərbaycan Rusiya və İranın buxovundan çıxarır:
"İndi real və müstəqil Ermənistan formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməsi mümkün deyil. N. Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə artıq Rusiyanın Ermənistanda təxribatlarını önləməlidir. Bununla bağlı N. Paşinyan daxildə təmizləmə siyasəti aparır.
Azərbaycan çalışır ki, Ermənistanda N. Paşinyan hakimiyyətdə qalsın".
Anar