Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş gizir Ruşanov Famil Namaz oğlu Ukraynada gedən müharibədə itkin düşüb.
Planetinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hərbçinin yaxınları məlumat yayıb.
"Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada itkin düşüb, 5 aya yaxındır ondan xəbər yoxdur.
Məlumata görə o 25-ci ordunun 37-ci alayının tərkibində döyüşlərdə iştirak edib" - deyə qeyd olunur.