"Bu gün Qarabağda həyat sürətlə bərpa olunur və bölgə müasir infrastrukturla yenidən canlanır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düzgün siyasəti sayəsində Azərbaycan qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlarda geniş quruculuq və bərpa işləri aparılır, yeni sosial obyektlər, yol və nəqliyyat infrastrukturu yaradılır, yaşayış massivləri və sənaye müəssisələri yenidən fəaliyyətə başlayır".
Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Ülviyyə Bayramlı deyib. O bildirib ki, qeyd edilən uğurların hamısı Cənab Prezident İlham Əliyevin səmərəli və uzaqgörən fəaliyyətinin nəticəsidir:
"Onun rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirərək dayanıqlı gələcəyin əsasını qoymuşdur. Ölkə başçımızın düzgün və prinsipial addımları Azərbaycan xalqını birliyə gətirərək dövlətimizin gücünü artırmışdır".
Anar