Siyasət
19-12-2025, 12:23
Azərbaycanın regionda güclü mövqeyini təmin edib
"Prezident Cənab İlham Əliyevin daxili inkişafı hədəfləyən ardıcıl islahatları və milli maraqlara əsaslanan uzaqgörən xarici siyasəti Azərbaycanın regionda güclü mövqeyini təmin edib. Onun Ali Baş Komandan kimi rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa edib".
Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Günay Nəsrəddinova deyib. O bildirib ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və qətiyyətli liderliyin bariz nümunəsi oldu:
"Ardınca həyata keçirilən antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam şəkildə təmin edildi. Bu addımlar ölkə daxilində konstitusiya quruluşunun möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən çox güclü lider olduğunu bir daha təsdiqləyir".
Anar