Siyasət / Dünya
21-12-2025, 13:07
Paşinyan Rusiyaya səfər edəcək
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
Planetinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.