Siyasət / Dünya
22-12-2025, 14:08
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb
Bu gün Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə - 31 iyul 2026-cı il tarixinədək uzadıb.
Planetinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.
Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və 2022-ci ilin fevralından etibarən Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız, qanunsuz və təcavüzkar hərbi əməliyyatlara cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib.