Siyasət 23-12-2025, 11:28

Qarabağ dünyanın mədəniyyət, dostluq mərkəzinə çevrilib




İşğaldan azad edilən Qarabağ bu gün dünyanın mədəniyyət, dostluq, müzakirə mərkəzinə çevrilib.

Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan buna məhz Cənab İlham Əliyevin düzgün idarəçiliyi, uğurlu diplomatik gedişləri, eləcə də güclü sərkərdəlik qabiliyyəti nəticəsində nail olub:

“Bu gün işğaldan azad edilən ərazilərdə geniş quruculuq abadlıq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın diqqət mərkəzinə çevrilir”.

Məlahət İbrahimqızı deyib ki, İlham Əliyev torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etməklə həm də türkün əzəmətini, qüdrətini sübuta yetirmiş oldu.

Anar

Xəbər lenti