“Əli Kərimli illərdir ki, müxalifət düşərgəsində satqın axtarmaqla məşğuldur. O, fəaliyyətini birləşdiriciliyə deyil, dağıdıcılığa yönəldib”.
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkili deyib ki, Əli Kərimli onun kimi düşünməyənlər, onunla eyni mövqedə olmayanları satqın hesab edir:
“Əgər lider deyilən şəxs hər kəsi satqın adlandıracaqsa sonda o tək qalacaq”.
Razi Nurullayevin sözlərinə görə, Əli Kərimli bu cür dağıdıcılıq mövqeyi səbəbindən nə daxildə, nə də xaricdə dəstək görür, heç kim onu müdafiə etmir.
Anar