Siyasət 23-12-2025, 12:34

Rusiya-Ukrayna müharibəsində həyatını itirənlər şəhid deyil




“Vətən müharibəsində iştirak edən azərbaycanlılarla Rusiya-Ukraytna müharibəsində, yaxud İŞİD-in tərkibində döyüşən vətəndaşlarımızın eyniləşdirilməsi Vətən müharibəsi qəhrəmanlarına olan hörmətsizlikdir”.

Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, bu gün hansısa şirnikləndirici vədlərlə vətəndaşlarımız Rusiya-Ukrayna müharibəsinə cəlb edilir:

“Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müharibədə həlak olan vətəndaşlarımız bəzən sosial şəbəkələrdə şəhid kimi xarakterizə edilir. Rusiya-Ukrayna müharibəsində həyatını itirənlər şəhid deyil. Yalnız torpaqlarımızın ərazi bütövlüyünün qorunması və ərazilərimizin işğaldan azad olunmasında həyatını itirən şəxslər şəhiddirlər”.

Anar

Xəbər lenti