Siyasət / Sosial 23-12-2025, 15:03

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğının təzahürü



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 70 mindən artıq ailə bu yardımdan bəhrələnəcək.

"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova Planetinfo.az-a bildirib ki, dövlət başçısının məlumm sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Onun sözlərinə görə, bu sərəncam həm də Cənab Prezidentin əhalınin sosial problemlərinin həllinə hər zaman diqqətlə yanaşdığının daha bir təsdiqidir:

"Cənab İlham Əliyev ölkənin bir nömrəli postuna seçiləndən gündən sosial sahəni xüsusilə diqqətdə saxlayıb. Bu illər ərzində əhalinin sosial rifah halının yüksəldilməsi, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə çoxsaylı sərəncamlar imzalayıb, proqramlar qəbul edilib. Dövlət başçısının 22 dekabr sərəncamı da bunlardan biridir".

Susana Məmmədova qeyd edib ki, bununla bir daha Azərbaycanın sosial dövlət olduğu, sösisl problemlərin həllinin dövlətimiz, xüsusilə də Cənab Prezident üçün prioritet təşkil etdiyi bir daha təsdiqini tapır.

Qeyd edək ki, sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

Anar

Xəbər lenti