Siyasət
23-12-2025, 15:21
Mərkəzi Asiya sərmayə qoyuluşu üçün də cəlbedici regiondir
"Mərkəzi Asiya regionuna diqqətin son dərəcədə artması təsadüfi deyil. Bu region mineral torpaqlarla və digər ehtiyatlarına görə zəngindir. Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsi Mərkəzi Asiya dövlətlərinin perspektivinə geniş imkanlar açır".
Bu fikirləri
Planetinfo.az-a politoloq Əli Orucov səsləndirib. O qeyd edib ki, lakin bu həm də regionun rəqabət meydanına çevrilməsi baxımından da risklər yaradır:
"Qazaxıstan beynəlxalq investisiyalara və siyasi əməkdaşlığa açıq olub. Lakin İslam Kərimovun hakimiyyəti dönəmində Özbəkistan ehtiyatlı davranırdı. Türkmənistanda qapalı bir rejim vardı. Ancaq son dövrlər hər dövlət liderləri inteqrasiya yönündə addımlar atmaqdadır. Xüsusən də Daşkəndin daha fəal siyasi xətt yürütdüyünü deyə bilərik. Mərkəzi Asiya regionu sərmayə qoyuluşu üçün də cəlbedici regiondir".
Anar