"Bu gün Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu keçir. Siyastdən iqtisadiyyata, diplomatiyadan sosial sahəyə qədər hər bir istiqamətdə uğurlar əldə edilir. İşğal altında olan ərazilərimizin azad edilməsi isə bütün bu uğurların ən başında gəlir".
Planetinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. Millət vəkili deyib ki, bütün bu uğurların təməlində isə Heydər Əliyev siyasəti dayanır:
"Bu gün azad olunmuş ərazilərdə geniç miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qarabağın yenidən qurulması öz növbəsində Böyük Qayıdış Proqramının da sürətlənməsinə yol açır".
Mübariz Qurbanlı əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da daha böyük uğurlara imza atacaq.
Anar