Siyasət 23-12-2025, 16:41

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır



"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, təhlükəsizliyi və sosial təminatı dayanır. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri dövlət başçısının uzun illərdir davam etdirdiyi idarəçilik xəttinin mahiyyətini əks etdirir və ölkədə aparılan bütün islahatların əsas istiqamətini müəyyənləşdirir".

Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Çingiz İbrahimov deyib. O bildirib ki, son illərdə sosial sahədə atılan ardıcıl addımlar — minimum əməkhaqlarının artırılması, sosial təminat sisteminin təkmilləşdirilməsi, həssas təbəqələrin müdafiəsi və genişmiqyaslı infrastruktur layihələrinin icrası — vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu siyasət dövlətin sosial ədalət prinsipinə sadiqliyinin bariz göstəricisidir:

"Prezident İlham Əliyevin fəaliyyətində insan kapitalının inkişafı hər zaman prioritet olub. Təhsil, səhiyyə və gənclər siyasətində aparılan müasirləşmə prosesləri ölkənin gələcək inkişafına stimul verir, yeni bilik və bacarıqlara malik vətəndaşların yetişdirilməsini təmin edir".

Anar

Xəbər lenti