Siyasət 24-12-2025, 13:11

Heydər Əliyevin zəngin dövlətçilik irsi prezidentin liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynayıb



"Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, siyasi məktəbi və strateji düşüncə tərzi cənab Prezidentin liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynayıb".

Planetinfo.az xəbər verir ki, bunu "Azətminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, bu təsir onun dövlət idarəçiliyindəki ardıcıllığında, prinsipial mövqeyində və xalqa xidmət fəlsəfəsində aydın şəkildə təcəssüm edib:

"Bu möhkəm təməl üzərində formalaşmış rəhbərlik fəaliyyəti bu gün Azərbaycan Respublikasının sabit inkişafında və beynəlxalq nüfuzunun artmasında öz bariz nəticəsini göstərir".

İctimai birlik sədri əmin olduğunu bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi altında daha böyük uğurlara imza atacaq.

Anar

Xəbər lenti