Hadisə 9-06-2026, 12:45

Bakıda hoteldə meyit tapıldı



Bakıda hoteldə meyit tapılıb.

Planetinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə qeydə alınıb.

Hotelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti