Siyasət 24-12-2025, 14:05

Putinlə Əliyev arasında söhbət çox səmimi olub-Peskov



Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı çox səmimi keçib.

Planetinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezidentlər Putinlə Əliyev arasında telefon danışığı olub. Bu, çox səmimi və zəruri bir söhbət idi", - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə zəng edib. Bundan əvvəl isə Kreml rəhbəri İlham Əliyevə təbrik məktubu göndərib.

Anar

Xəbər lenti