Siyasət 24-12-2025, 15:49

2026-cı ildə Azərbaycan daha da inkişaf edəcək




"2026- cı ildə Azərbaycan daha da inkişaf edərək güclənəcək".

Planetinfo.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ölkəmiz əlaqələrini genişləndirmək üçün əlverişli zamana qədəm qoyub:

"Əlbətdə ki bütün bunlar nəzərdən keçirilir və dəyərləndirmək üçün ən məqbul yollar ələ alınacaq. Bu baxımdan 2026-cı il Azərbaycan üçün həm gərgin, həm imkanları reallaşdırmaq baxımından, həm də böyümə baxımından tarixi il olacaq".

Ekspert qeyd edib ki, Mərkəzi Asiya regionu ilə xüsusilə də iqtisadi inkişaf baxımından əlaqələrin genişləndirilməsi növbəti ildə daha çox aktivlik halında təşəkkül tapacaq:

"Beynəlxalq əməkdaşlıq və balanslaşdırılmış diplomatiya ABŞ və Avropa İttifaqı ilə rəsmi Bakı arasında əlaqələri gücləndirərək rəsmi Bakının geosiyasi təsir dairələrini genişləndirəcək".

Anar

Xəbər lenti