Siyasət / Dünya 24-12-2025, 16:34

Növbəti İsrail-İran müharibəsi getdikcə reallığa yaxınlaşdırmaqdadır




"Bu ilin iyun ayında İsrail və İran arasında baş verən 13 günlük muharibə tərəflərin hec birinin istəyinə nail olunmadan dayandırıldı. Doğrudur, İsrail öz müttəfiqi Birləşmiş Ştatların köməyi ilə İranın nüvənin zənginləşdirməsi layihəsinə ciddi zərbə vurdu. Bu prosesdə kifayət qədər böyük fasilə yaranmasına səbəb oldu. Lakin bu qarşıya qoyulan hədəfə çatmaq demək deyildi.

İran da öz növbəsində proksi qüvvələri ilə birlikdə kifayət qədər müqavimət göstərdi. Eyni zamanda İsrailin iri şəhərlərinə raket zərbələri endirdi. Bununla belə öz üzərindən İsrail təhlükəsini qaldıra bilmədi. Bütün bunlar və regional təsir dairəsi uğrunda mübarizə növbəti İsrail-İran müharibəsini getdikcə reallığa yaxınlaşdırmaqdadır".

Bu fikirləri Planetinfo.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli mümkün İran-İsrail müharibəsindən danpışarkən səsləndirib. O deyib ki, əgər muharibə başlasa, bunun ehtimalı yüksəkdir, əvvəlkindan daha dağıdıcı olacağına şübhə yoxdur:

"Həm də müharibədə birbaşa və dolayısı ilə istirak edəcək dövlətlərin sayı da artacaq. Ötən müddət ərzində həm İran, həm də İsrail özünə əlavə müttəfiqlər qazanıb. Eyni zamanda yeni daha dağıdıcı gücə malik silahlar əldə edib. Bütün bunlar isə regiona yaxşı heç nə vəd etmir.

Onu da vurğulamaq lazımdır ki, bu müharibə İsrailə daha baha başa gələ bilər. Müsəlman dövlətlərinin həmrəyliyi, İsrailin ötən müddət ərzində dinc insanlara tutduğu divan, fələstinlilərə qarşı soyqırımı siyasəti, Türkiyə, Çin və Rusiyanın geosiyasi maraqları İsrailin əleyhinə işləyən faktorlar kimi göstərilə bilər".

Anar

Xəbər lenti