2025-ci il Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə zəngin oldu.
Planetinfo.az xəbər verir ki, bunu YAP üzvü Çingiz İbrahimov deyib. O bildirib ki, ilin sonunda keçirilən ənənəvi tədbirdə Prezident İlham Əliyevin çıxışı bu sahədə görülən işlərin miqyasını və əldə edilən nəticələrin əhəmiyyətini bir daha ortaya qoydu:
Prezident qeyd etdi ki, il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda fəal iştirak edərək ölkəmizin adını layiqincə təmsil ediblər. Qazanılan medallar və əldə olunan nailiyyətlər göstərdi ki, Azərbaycan idmanı artıq dünya idman ailəsinin güclü və nüfuzlu üzvlərindən biridir".
Hakim partiya təmsilçisinin sözlərinə görə, prezidentin çıxışından aydın görünürdü ki, 2025-ci ildə görülən işlər gələcək inkişaf üçün möhkəm zəmindir:
"Dövlətin ardıcıl siyasəti və idmana göstərilən yüksək qayğı Azərbaycanın bu sahədə daha da böyük nailiyyətlər əldə etməsinə şərait yaradır.
2025-ci ilin idman yekunlarına dair keçirilən tədbir idmana verilən dəyərin, gənclərə göstərilən diqqətin və idman sahəsində əldə edilən nəticələrin bir daha təsdiqi kimi yadda qaldı".
Anar