Siyasət 17-11-2025, 18:01

Ermənistan Azərbaycanın əsəblərini çox sınağa çəkməməlidir



"Azərbaycanla normallaşma prosesində ABŞ-da imzalanmış sülh müqaviləsinin paraflanması Ermənistanda rahatlıq yaratmış kimi görünür. Görünən odur Ermənistan hesab edir ki, artıq prosesin geri dönüşü yoxdur və bundan sonra sülh anlayışı ilə manipulyasiya edə bilər".

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, əslində isə, müqavilənin paraflanması Ermənistan üzərinə daha böyük məsuliyyət qoyur, nəinki sülh müqaviləsi imzalanacağı təqdirdə:

"Məsələ ondadır ki, sülh müqaviləsi imzalansa idi bu Azərbaycan üçün imzasından dönməyi mümkünsüz edərdi. İndiki durumda isə Ermənistanın ləng hərəkət etməsi, inteqrasiyanı gecikdirilməsi, Zəngəzur dəhlizinin açılmasını uzatması Azərbaycanın bu prosesdə hesab etməsinə səbəb ola bilər ki, Ermənistan vaxt qazanmaqla məşğuldur və böyük sülhdə maraqlı deyil. Bu zaman Azərbaycan öz qərarına yenidən baxa və sülh prosesindən çıxa bilər. Ona görə də Ermənistan Azərbaycanın əsəblərini çox sınağa çəkməməlidir".


Anar

Xəbər lenti