“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü regional diplomatiyada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Bu fikirləri
Planetinfo.az-a politloq Yuaif Bağırzadə səsləndirib. O bildirib ki, bu addım rəsmi Bakı üçün yalnız formal iştirak deyil, həm də strateji və iqtisadi perspektivlərin açılması deməkdir:
“Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında “körpü” rolunu gücləndirən Azərbaycan, bununla ticarət, nəqliyyat və enerji sahələrində əhəmiyyətli üstünlüklər əldə edə bilər. Özbəkistanın təşəbbüsü ilə formalaşan bu genişləndirilmiş format, Bakının regional inteqrasiya və iqtisadi əməkdaşlıq prosesində söz sahibi olmasına imkan yaradır”.
Politoloq bildirib ki, ticarət və investisiya sahəsində də yeni imkanlar xüsusilə diqqət çəkir:
“Azərbaycanın mövqeyi “Orta Dəhliz” konsepsiyası ilə Mərkəzi Asiya məhsullarının Avropaya çıxışında strateji tranzit nöqtə rolunu möhkəmləndirir. Bu, nəqliyyat-logistika layihələrinin sürətlə inkişaf etdirilməsinə və regionda Azərbaycan mərkəzli yeni iqtisadi dəhlizlərin formalaşmasına şərait yaradır. Eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı ticarət, investisiya və humanitar əməkdaşlıq genişlənir, Azərbaycanın regional iqtisadi inteqrasiyadakı rolu daha da önəmli olur”.
Anar