ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun təsdiqi olmadan İranda seçilən hər hansı yeni lider uzun müddət vəzifədə qalmayacaq.
Planetinfo.az xəbər verir ki, Tramp bu barədə ABC News-a verdiyi müsahibə zamanı danışıb.
Tramp bildirib ki, beş il sonra İran nüvə silahına sahib olmasını istəmir.
İranın bütün Yaxın Şərqi ələ keçirməyi planlaşdırdığını iddia edən Tramp ABŞ-nin bunun qarşısını aldığını deyib.
İranın zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün xüsusi qüvvələr göndərməyi düşünüb-düşünmədiyi soruşulduqda, Tramp "Hər şey masadadır" cavabını verib.
Müharibənin nə qədər davam edəcəyi sualına isə Tramp "bilmirəm" cavabını verib.