Siyasət 9-03-2026, 14:04

Yaxın Şərqdəki münaqişə Aİ-ni çətin duruma saldı - Rusiya neftinə qoyulan qadağa ləğv ediləcək

Macarıstan hökuməti Yaxın Şərqdəki müharibə səbəbindən enerji çatışmazlığının və qiymətlərin kəskin artmasının qarşısını almaq üçün Avropa Birliyindən Rusiya neft və qazının istifadəsinə qoyulan qadağanı dərhal ləğv etməyi təklif edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Baş nazir Viktor Orbanın çağırdığı Müdafiə və Enerji Təhlükəsizliyi Şuralarının iclaslarından sonra bildirib.

"Hazırkı vəziyyətdə Avropa İttifaqı təcili tədbirlər görməlidir. Qiymətlərin kəskin şəkildə artmasının qarşısını almaq üçün Avropanın bütün bölgələrində Rusiya enerji idxalına qoyulan qadağa dərhal ləğv edilməlidir", - deyə xarici işlər naziri M1 televiziya kanalı tərəfindən yayımlanan videomüraciətdə deyib.

Xəbər lenti