"Müctəba Xameneinin yeni dini lider seçilməsi İran hökumətinin İsrail və ABŞ-yə qarşı mübarizəni davam etdirmək və güzəştə getməkdən imtina etmək əzmini göstərir".
Planetinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Habertürk telekanalının siyasi şərhçisi Nəsuhi Günger deyib.
"Görünür, İran və ABŞ arasında İsrailə qarşı bu müharibə gözləniləndən daha uzun sürəcək. Əli Xameneinin oğlunun ayətullah seçilməsi İranın bu müharibədə hazırkı mövqeyini qoruyub saxlayacağını göstərir. Əslində, yeni seçilmiş İran liderinin tez bir zamanda barışdırıcı mövqe tutması ehtimalı yox idi. Lakin İsrail Müctəba Xameneinin seçilməsindən dərhal sonra ona zərbə endirəcəyini açıqladı", - deyə ekspert qeyd edib.
O xatırladıb ki, İranda dini təhsil erkən yaşlardan başlayır və əgər bir şəxs bu sahədə nüfuzlu bir mövqe tutmaq istəyirsə, Qum şəhərinə getməli və şiə ilahiyyatçıları ilə müəyyən təhsil mərhələlərindən keçməlidir.
"Xamneyinin oğlu dini təhsil almaq üçün Quma gedib. Orada sistemdəki nüfuzlu şəxslərlə sıx əlaqələr qurub və müəyyən dərəcədə öz təsir dairəsini genişləndirib. Atasının ofisindəki qeyri-rəsmi işi ona təkcə İran sisteminin siyasi qanadında deyil, həm də təhlükəsizlik sahəsində təsir qazanmağa imkan verib. Mentorluq etdiyi yaxın adamlarının çoxu sistemdə, xüsusən də təhlükəsizliklə bağlı sahələrdə mühüm vəzifələr tutur", - Günger vurğulayıb.
Güngor qeyd edib ki, Müctəba Xamenei İranda bir çox qurum üzərində təsir və gücə malikdir və onun mövqeyini gücləndirən əsas qüvvə İslam İnqilabı Keşikçiləri Korpusun strukturlarıdır.
Eyni zamanda, ekspert hesab edir ki, yeni ayətullahın hazırkı dövrdə ölkəni idarə etmək üçün birbaşa siyasi təcrübəsi yoxdur.
Buna görə də, ölkənin həm yüksək ixtisaslı mütəxəssisləri, xüsusən də Təhlükəsizlik Şurasının katibi Əli Laricani və digər ruhanilər tərəfindən ona nə dərəcədə dəstək verilməsi məsələsi vacibdir.
Günger yekun olaraq bildirib ki, müharibənin ortasında uzun müzakirələrdən sonra Müctəba Xameneinin yeni lider seçilməsi çox vacib mesajlar ehtiva edir:
"Müctəbanın seçki qələbəsinin göndərdiyi ən güclü siqnal İranın müharibəni bitirmək deyil, davam etdirmək əzmidir".