Siyasət 9-03-2026, 15:25

"İran silahlı qüvvələri Kipr, Türkiyə və Azərbaycana hücum etməyib"


"İran silahlı qüvvələri Kipr, Türkiyə və ya Azərbaycana hücum etməyib".

Planetinfo.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Azərbaycan, Türkiyə və Kiprə gəldikdə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıq və rəsmi şəkildə bildirib ki, İran ərazisindən və ya silahlı qüvvələr tərəfindən belə raket atışı olmayıb”, - deyə Bəqayi İran televiziya kanalı SNN tərəfindən yayımlanan brifinqdə danışıb.

Xəbər lenti