Siyasət 20-11-2025, 08:15

Paşinyanın ABŞ və Avropa qarşısında öhdəlikləri var




“Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ və Avropa qarşısında öhdəlikləri mövcuddur və bu öhdəliklərin başında Azərbaycanla münasibətlərin qurulması dayanır”.

Bu fikirləri Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu Paşinyanın Qərbə yönəlmə və ABŞ qarşısında güvən mənbəyi olaraq, özünü təsdiq etmə siyasətinin elementlərindən hesab oluna bilər:


“Bu baxımdan hesab edirəm ki, Paşinyan hakimiyyəti Azərbaycanla bağlı göstərdiyi passivliyinin arxasında seçki öncəsi strateji manevrləri dayanır və seçkilərdə qalib gələn Paşinyan, Qərbə yönəlmə siyasətini gücləndirəcək”.

Çingiz Şahbazi qeyd edib ki, Ermənistan regionda iqtisadi və geosiyasi oyunçu kimi mövqeyini təkmilləşdirmək üçün bütün zəruri addımları atacaq:

“Bura xüsusi olaraq Azərbaycanla bağlı bütün siyasi və iqtisadi addımları əlavə etmək lazımdır. Çünki, Azərbaycanın regiondakı mövqeyi və rolu, həmçinin gücü Ermənistanı buna məcbur edir”.

Anar

Xəbər lenti