Siyasət
21-11-2025, 11:46
YAP zamanın tələbi ilə yaranmış partiyadır
Yeni Azərbaycan Partiyası hansısa xarici qüvvələrin istəyi ilə deyil, zamanın tələbi, sosial sifariş əsasında yaranmış partiyadır.
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəklili deyib ki, 33 il əvvəl Azərbaycan xalqının ziyalı kəsimi ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını təsis etdilər:
"33 ildir ki, YAP uğurlu yol gəlir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu bu gün Cənab İlham Əliyev hakim partiyaya rəhbərlik etməklə davam etdirir".
Anar