Siyasət 21-11-2025, 11:51

Hakimiyyətləri dövründə xalqı çörəyə möhtac qoyanlar büdcə layihəsi əleyhinə çıxırlar





"Hakimiyyətləri dövründə xalqı çörəyə möhtac qoyanlar büdcə layihəsi əleyhinə çıxırlar".

Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, müxtəlif sosial şəbəkələrdə, media qurumlarında özlərini ekspert adlandıranlar 2026-cı ilin büdcə layihəsi əleyhinə çıxışlar edir, xalqı çaşdırmaqla məşğul olurlar:

"Halbuki onların dediklərinin heç bir əsası yoxdur. Dövlət bu xalqın düşməni deyil. Əksinə dövlət bu xalq üçün çalışır".

Millət vəkili qeyd edib ki, hər il dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artması deyilənləri təsdiqləyir.

Anar

Xəbər lenti