Siyasət 25-11-2025, 19:01

Türkiyə Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səylərini davam etdirəcək



Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Planetinfo.az Türkiyə mediasına istinadən bildirir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. O deyib ki, bu məsələ Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında da müzakirə olunub.

"Türkiyənin Ukraynadakı müharibənin sona çatması ilə bağlı dəqiq mövqeyi var. Bizim prezidentimiz bəlkə də yeganə liderdir ki, bunu həm Putin, həm də Zelenski ilə eyni vaxtda və açıq şəkildə müzakirə edə bilər", - deyə AKP sözçüsü vurğulayıb.

Ömer Çelik onu da qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığı zamanı Türkiyə lideri Ankaranın Rusiya ilə Ukrayna arasında birbaşa təmasları və münaqişənin sülh yolu ilə həllini asanlaşdıracaq diplomatik təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

Anar

Xəbər lenti