"Azərbaycan QHT-ləri üçün əsas perspektivlər regional şəbəkələşmə, təcrübə mübadiləsi və yeni resurslara çıxışdır. Türk dövlətlərinin QHT-lərinin bir çətir altında birləşməsi sosial layihələr, mədəni-humanitar əməkdaşlıq, gənclər və təhsil proqramları, icma inkişafı kimi sahələrdə həm birgə qrantlar, həm də ortaq layihələr üçün geniş imkanlar yarada bilər".
Bunu
Planetinfo.az-a politoloq Yusif Bağırzadə TDT-yə üzv dövlətlərin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi və QHT Platformasının yaradılmasını şərh edərkən səsləndirib. O deyib ki, xüsusilə Naxçıvan, Qarabağ və ətraf regionlar kimi prioritet bölgələrdə sosial-iqtisadi inkişaf layihələrinə əlavə dəstək gözlənilə bilər:
"Forumda Zəngəzur dəhlizi və regional inteqrasiya mövzularının xüsusi müzakirə olunması da gələcək humanitar və ictimai təşəbbüslərin bu strateji gündəmlə sinxron şəkildə inkişaf etdirilə biləcəyini göstərir. Ümumiyyətlə isə, TDT QHT Platforması Azərbaycan vətəndaş cəmiyyəti üçün həm yeni imkanlar, həm də diqqət tələb edən fəaliyyəti ehtiva edir".
Anar