Siyasət 27-11-2025, 13:11

Kreml Ermənistanda keçiriləcək seçkilərdə vəziyyəti lehinə çevirmək üçün fəal işlər görür




"Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra Moskvanın iqtisadi və hərbi təsirlərini minimallaşdıra biləcək".

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, bütün bunlar sadəcə Nikol Paşinyan və komandasının çağırışlara adekvat reaksiya vermək tezliyindən aslı olacaq:

"Çünki qarşıdan parlament seçkiləri gəlir və Kreml bu seçkilərdə vəziyyəti yenidən öz lehinə çevirmək üçün fəal işlər görür. Hazırda hakimiyyət-müxalifət və kilsə üçbucağında yaşanan gərginlik də məhz Moskvanın qurduğu ssenarilərin tərkib hissəsidir. Təbii ki, onların irəli sürdüyü arqumentlər köhnəlmiş narrativlərindən ibarətdir və erməni cəmiyyətində yetəri qədər rəğbət qazanmır".

Pərviz Mirizadə hesab edir ki, belə olduğu təqdirdə, baş nazir kiçik də olsa mövcud olan üstünlüyünü daha mürəkkəb və düşünülmüş gedişlərlə qalibiyyətə çevirə bilər.

Anar

Xəbər lenti